[b]“İnter” Blanla danışıqlara başladı[/b]
26.10.2016 - 09:55
[b]“İnter” Blanla danışıqlara başladı[/b]

İtaliyanın “İnter” klubu baş məşqçi postunda dəyişiklik edə bilər. Apasport.az saytı xəbər verir ki, hazırkı çalışdırıcı Frank de Burun “neradzurra”dan ayrılmaq variantı gündəmə gəlib.

 

Hollandiyalı çalışdırıcını PSJ-nin sabiq baş məşqçisi Loran Blanın tutacağı gözlənilir. Klub rəhbərliyi fransız mütəxəssislə danışıqlara start verib.

 

Qeyd edək ki, İtaliya çempionatının cari mövsümündə 9 turdan sonra 11 xal toplayan “İnter” turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.