[b]“İnter” braziliyalı futbolçu ilə anlaşdı[/b]
15.06.2017 - 14:33
[b]“İnter” braziliyalı futbolçu ilə anlaşdı[/b]

PSJ-nin yarımmüdafiəçisi Lukas Moura karyerasını İtaliyada davam etdirməyə çox yaxındı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 25 yaşlı futbolçu “İnter”ə keçməyə hazırlaşır.

 

Braziliya millisinin üzvü ilə aparılan danışıqlar artıq müsbət nəticələnib. Mouranın razılığını alan “neradzurra” vaxt itirmədən klubu PSJ ilə danışıqlara başlayıb. “İnter” bu transferi həyata keçirə bilsə, yarımmüdafiəçisi İvan Perişiçin “Mançester Yunayted”ə keçməsinə razılıq verəcək.

 

Qeyd edək ki, Lukas Moura ötən mövsüm Liqa 1-də keçirdiyi 37 oyunda 12 qol, 6 assistə imza atıb.