[b]“İnter” daha 2 transfer edəcək, əgər...[/b]
21.06.2016 - 14:04
[b]“İnter” daha 2 transfer edəcək, əgər...[/b]

Yay fasiləsinin sürətli komandası “İnter” transfer çalışmalarını başa vurmaq üzrədi. Apasport.az saytının məlumatına görə, “bankirlər” bundan sonra 2 transferlə kifayətlənmək niyyətindədilər.

 

13 futbolçu ilə yeni müqavilə imzalayan və heyətinə 9 oyunçu qatan bakılıların hazırda ilk hədəfi Ruslan Abışovdu. “Qəbələ”dən ayrıldıqdan sonra azad agent statusu daşıyan milli komandamızın üzvü “İnter”ə keçməyə razılıq verib. Tərəflər arasında danışığın xırda detalları qalıb ki, onun da həlli gözlənilir.

 

“Bankirlər”in ikinci transferi hücumçu Sezar Meza Kollidən asılıdı. Bu yaxınlarda əməliyyat olunan və artıq bərpa prosesinə başlayan paraqvaylıya klub yeni müqavilə təklif edib. Hazırda ölkəsində olan Meza Kolli “İnter”ə qayıtmağa razılıq versə, başqa oyunçu transfer edilməyəcək.

 

Müqavilə müddəti başa çatan digər futbolçu Ruslan Əmircanovla da danışıqlar aparılır. Futbolçu özü qalmağın tərəfdarıdı, amma əsas heyətdə oynamaq şərti ilə.

 

Həm Ruslan Abışov, həm də Ruslan Əmircanovun taleyinə baş məşqçi Zaur Svanadze ilə görüşdükdən sonra aydınlıq gələcək.

 

Qeyd edək ki, “İnter” yay fasiləsində Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Tərlan Quliyev, Adrian Skarlatake, Məmməd Quliyev və Orxan Sadıqlını heyətinə cəlb edib.