[b]“İnter” əməkdaşları 3 aydı maaş almır [/b]
07.07.2017 - 10:18
[b]“İnter” əməkdaşları 3 aydı maaş almır  [/b]

Avrokuboklarda göstərdiyi nəticələrlə göz oxşayan “İnter”də vəziyyət heç də yaxşı deyil. Apasport.az xəbər verir ki, “İnter Arena”dan məhrum olan bakılılar işçilərinin də əməkhaqqını ödəyə bilmirlər.

 

Əldə etdiyimiz məlumata görə, klubun və stadionun əməkdaşları artıq neçə aydı pul üzünə həsrətdi. Əməkdaşlar hələ də aprelin maaşını gözləməkdədi.

 

Futbolçu və məşqçi heyətinin əməkhaqqı çatdırılsa da, digər işçiləri gözlətməyi lazım bilirlər. Bu xəbəri də bizə klub mühafizəçiləri çatdırdı. Onlar xəbəri işıqlandırmağımızı istədilər ki, bəlkə rəhbərlik bir tədbir görə.

 

(Futbolinfo)