[b]“İnter” ispaniyalı futbolçu aldı[/b]
10.07.2017 - 13:03
[b]“İnter” ispaniyalı futbolçu aldı[/b]

Milan “İnter”i heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “neradzurra” yarımmüdafiə xətti üçün növbəti transferini gerçəkləşdirib.

 

Yeni baş məşqçi Luçiano Spallettinin tələbindən sonra “Fiorentina”nın təcrübəli oyunçusu Borxa Valeroya “elçi düşən” klub rəhbərliyi onunla anlaşmağa müvəffəq olub. Bu həftə yeni komandasında tibbi müayinədən keçəcək ispaniyalı orta sahə oyunçusu 3 illik müqaviləyə qol çəkəcək.

 

“Fiorentina” bu keçiddən 5,4 milyon avro gəlir əldə edəcək. 32 yaşlı oyunçunun uğurlu çıxışı florensiyalılara daha 1,5 milyon dollar mükafat qazandıra bilər. Valeronun “İnter”də illik məvacibi isə 3 milyon avro olacaq.

 

Qeyd edək ki, “Real”ın yetirməsi olan Borxa Valero “Fiorentina”ya 2012-ci ildə “Vilyarreal”dan keçib.