[b]ONu fəth etdilər[/b]
06.07.2017 - 22:53
Bakının “İnter” klubu Avropa Liqasında yubiley qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsinin cavab oyununda Serbiya “Mladost”undan güclü olan (2:0) bakılılar bu turnirdə 10-cu dəfə sevinib.
Paytaxt təmsilçisi 10-u 22-ci matçda fəth edib. 7 heç-heçə və 5 məğlubiyyəti olan komanda qələbə sayında ikirəqəmli ədədə çatıb.
Bu görüşlərdə 32 top vuran komanda 20 top buraxıb.
Qeyd edək ki, “İnter” Avropa Liqasında ən çox qələbə qazanan komandalarımız arasında 2-ci yerdədi.
0
0