[b]“İnter” üçün fərqli rəqib[/b]
19.01.2016 - 09:40
[b]“İnter” üçün fərqli rəqib[/b]

Türkiyədə təlim-məşq toplanışında olan “İnter”in rəqibi dəyişib. Apasport.az saytının məlumatına görə, Antalyadakı 3-cü yoxlama oyununu bu gün keçirəcək paytaxt təmsilçisi əvvəlcədən elan edildiyi kimi Çexiya “Liberets”i ilə qarşılaşmayacaq.

 

Belə ki, Zaur Svanadzenin yetirmələri Slovakiyanın “Slovan” klubu ilə üz-üzə gələcək. Bratislavanı təmsil edən komanda ilə matç Bakı vatxı ilə saat 19:00-da başlayacaq.

0