[b]“İnter”də 1, “Sumqayıt”da 2 cəzalı[/b]
06.02.2017 - 09:36
Premyer Liqanın XVI turunun son oyunu daha 3 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “Sumqayıt”la “İnter” arasında qarşılaşmada sarı vərəqə alan oyunçulardan üçü üçün bu xəbərdarlıq mövsümdə 4-cü olub.
Bakılıların heyətində Elnur Abdullayev, meydan sahiblərində isə Vurğun Hüseynovla Rail Məlikov cəzalı duruma düşüb. Sonuncular “Kəpəz”lə ev oyununu buraxmalı olacaq. Elnur isə “Neftçi” ilə evdəki qarşılaşmada “istirahət edəcək.
0
0