Transfer dönəminin fəal komandalarından olan “İnter” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “neradzurra” “Roma”nın yarımmüdafiəçisi Radja Nainqqolana “elçi düşüb”.
Milan təmsilçisi Belçika millisinin üzvü üçün qarşı tərəflə danışıqlara başlayıb. “İnter” 29 yaşlı oyunçunun transferi müqabilində paytaxt klubuna 60 milyon avro təklif edib. “Çelsi”nin də maraq dairəsində olan Nainqqolanın taleyi “Roma” rəhbərliyinin verəcəyi qərardan asılı olacaq.
Qeyd edək ki, Radja Nainqqolan “Roma”ya 2014-cü ildə 12,7 milyon avro müqabilində “Kalyari”dən keçib.