[b]“İnter”dən ilk, “Zirə”yə 3 nümunə[/b]
01.07.2017 - 15:31
[b]“İnter”dən ilk, “Zirə”yə 3 nümunə[/b]

“İnter” avrokubokların ilk oyununda səfərdən 3:0 hesablı qələbə ilə dönən ilk Azərbaycan klubudu. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Serbiya “Mladost”undan üstün olan bakılılar heç kimin bacarmadığını reallaşdırıb.

 

Bakıda Lüksemburq “Differdanj”ını 2:0 hesabı ilə yenən “Zirə”yədək 3 dəfə belə nəticə qeydə alınıb. Söhbət bizim komandaların evdəki ilk oyunda eyni hesabla qələbə qazanmasından gedir.

 

“Zirə” üçün həmin üç hadisə nüminə olmalıdı. Çünki hər üç halda mərhələni təmsilçimiz keçib.

 

2005-ci ildə İslandiya “Hafnarfyordur”u ilə görüşən “Neftçi” səfərdə də qalib gəlmişdi – 2:1. 3 il sonra “ağ-qaralar” Slovakiyada çətinliklə üzləşsə də, səfər qolu ilə sevinmişdi. Həmin vaxt “Nitra” öz meydanında 3:1 hesablı qələbə əldə etmişdi.

 

Ötən il isə məhz Azərbaycan və Lüksemburq komandalarının matçı belə nəticələnmişdi. Evdə “Düdelanj”ı 2 qolla keçən “Qarabağ” rəqib meydanında bərabərliklə mərhələ keçmişdi – 1:1.