[b]“İnter”dən rəsmən ayrıldı, “Qəbələ”yə keçir[/b]
03.06.2016 - 13:03
[b]“İnter”dən rəsmən ayrıldı, “Qəbələ”yə keçir[/b]

Daha bir futbolçu “İnter”dən ayrılıb. Apasport.az saytının məlumatına görə, Elşən Poladov, Kamran Ağayev, Laşa Kasradze, Laşa Salukvadze, Vüqar Nadirov və Yuri Fomenkodan sonra Nika Kvekveskiri də “bankirlər”lə vidalaşıb.

 

Məlumatı əməkdaşımızla söhbətində “İnter”in meneceri Aleksey Barvinski də təsdiqləyib. O bildirib ki, klub gürcüstanlı yarımmüdafiəçinin xidmətində maraqlı idi. Hətta ona yeni müqavilə də təklif edilib. Lakin 24 yaşlı oyunçu bunu qəbul etməyib.

 

Kvekveskiri paytaxt klubundan ayrılsa da, çox güman ki, karyerasını Azərbaycanda davam etdirəcək. Belə ki, “Qəbələ” onu heyətinə qatmaqda maraqlıdı. Klubun meneceri Səbuhi Səfiyarlı hazırda Gürcüstan yığmasının düşərgəsində olan futbolçu ilə danışıq apardıqlarını təsdiqləyib.

 

Qeyd edək ki, Topaz Premyer Liqasının ötən mövsümündə 29 oyunda iştirak edən Nika Kvekveskiri aktivinə 4 qol yazdırıb.