[b]“İnter”in 12 oyunluq seriyası qırıldı[/b]
10.02.2017 - 16:21
“İnter”in ev oyunlarındakı məğlubiyyətsizlik seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının XVII turunda “Neftçi”yə 1:3 hesabı ilə uduzan Zaur Svanadzenin yetirmələri mövsümdə ilk dəfə öz meydanında yenilib.
“İnter”in evdə aldığı son məğlubiyyət isə təxminən 1 il əvvələ təsadüf edib. 2016-cı il martın 30-da “Neftçi”yə 0:1 hesabı ilə uduzan Svanadzenin komandası 12 qarşılaşma keçirib.
Bakılılar 316 gündən sonra aldığı məğlubiyyəti də paytaxt derbisində yaşamışdı. Bu müddətdə “İnter” 8 qələbə qazanıb, 4 heç-heçə edib.
0
0