[b]“İnter”in dördüncü rəqibi də bəlli oldu[/b]
13.01.2017 - 23:00
[b]“İnter”in dördüncü rəqibi də bəlli oldu[/b]

“İnter” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına davam edir. Apasport.az saytının məlumatına görə, “bankirlər” toplanış çərçivəsində dörd yoldaşlıq oyunu keçirməyi planlaşdırır.

 

Daha əvvəldən ilk üç rəqib müəyən olsa da, artıq dördüncü komandanın adına da aydınlıq gəlib.

 

Belə ki, "İnter" yanvarın 15-də Qazaxıstanın "Ordabaşı" komandasıyla qarşılaşacaq. Oyun Bakı vaxtıyla saat 18.00-da baş tutacaq.

 

"İnter"in rəqiblərini bir daha xatırladırıq:

 

15.01.2017 - "Ordubaşı" (Qazaxıstan)
 

18.01.2017 - "Botoşani" (Rumıniya)
 

19.01.2017 - "İstiqlol" (Tacikistan) 
 

21.01.2017 - "Orenburq" (Rusiya)