[b]“İnter”in futbolçusunun vəziyyətinə aydınlıq gəldi[/b]
12.05.2016 - 11:59
[b]“İnter”in futbolçusunun vəziyyətinə aydınlıq gəldi[/b]

Topaz Premyer Liqasının XXXIV turunda “Xəzər Lənkəran”la matçda zədələnən “İnter”in futbolçusu İlkin Qırtımovun durumuna aydınlıq gəlib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tibbi müayinədən keçən müdafiəçinin həyatı üçün təhlükə olmadığı müəyyən edilib.

 

Oyunun sonlarında başından xəsarət alan Qırtımov əvəzlənmək məcburiyyətində qalmışdı. Dərhal xəstəxanaya aparılan futbolçu dünən orda qalıb. Hazırda özünü yaxşı hiss edən İlkin bu gün evə buraxılacaq. O, müalicəsini ambulator şəraitdə davam etdirəcək.

 

Qeyd edək ki, “İnter” “Xəzər Lənkəran” matçı birincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.