[b]“İnter”in hansı ölkədə toplanış keçəcəyi müəyyənləşdi[/b]
12.05.2017 - 12:17
[b]“İnter”in hansı ölkədə toplanış keçəcəyi müəyyənləşdi[/b]

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter”in hazırlıq üçün hansı ölkəyə yollanacağı bəlli olub. Apasport.az saytının məlumatına görə, Antalyaya gedəcəyi gözlənilən paytaxt təmsilçisi Türkiyəyə yollanmayacaq.

 

Belə ki, bu variantdan imtina edən “İnter” rəhbərliyi toplanış üçün Avstriyanı məkan seçib. Məlumatı əməkdaşımızla söhbətində komandanın baş məşqçisi Zaur Svanadze də təsdiqləyib. O bildirib ki, Avstriyaya gedəcəkləri tarix hələ dəqiqləşməyib: “Avropa Liqasına yaxşı hazırlaşmalıyıq. Toplanışımız Avstriyada baş tutacaq. Dəqiq tarix bilinməsə də, iyunun əvvəlində bu ölkəyə yola düşəcəyik”.

 

“İnter” Avstriya toplanışı çərçivəsində sparrinq rəqiblərlə matçlarda gücünü sınayacaq. Bakılılar 4 yoxlama görüşü keçirməyi planlaşdırırlar. Rəqiblərin adları hələ müəyyənləşməyib. Klub rəhbərliyi hazırda bununla bağlı danışıqlar aparır.

 

Qeyd edək ki, “İnter” Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünü 3-cü pillədə başa çatdırıb.