[b]“İnter”in keçmiş üzvü izlədi, Gürcüstan İspaniyanı şoka saldı[/b]
08.06.2016 - 01:01
İspaniya millisi Avropa çempionatı öncəsi son yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Del Boskenin yetirmələri Gürcüstanla qarşılaşıblar.
Qarşılaşma qərb qonşularımızın minimalhesablı qalibiyyəti ilə başa çatıb. Matçdakı yeganə qolu Tornike Okriaşvili vurub. “Əskişəhərspor”un yarımmüdafiəçisi 40-cı dəqiqədə fərqlənib.
Qeyd edək ki, ötən mövsümü Bakı “İnter”ində keçirən və yeni mövsümdən “Qəbələ”yə keçməsi gözlənilən Nika Kvekveskiri oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Yoxlama oyunu
İspaniya – Gürcüstan – 0:1
Qol: Tornike Okriaşvili, 40
0
0