[b]“İnter”in qapıçısı ayrılmaq istəyir[/b]
17.12.2016 - 16:36
“İnter”in A seriyasında uğursuz çıxışı futbolçuların qərarına da təsir edir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bəzi oyunçular komandadan ayrılmaq barədə düşünürlər.
Onlardan biri də qapıçı Samir Handanoviçdi. “Neradzurra”nın sloveniyalı qolkiperi mövsümün sonunda komandadan ayrılmaq qərarına gəlib. 32 yaşlı oyunçu yayda Çempionlar Liqasında mübarizə aparan klublardan birinə keçmək niyyətindədi.
Qeyd edək ki, Samir Handanoviç 2012-ci ildən “İnter”in formasını geyinir.
0
0