[b]“İnter”in səfər oyununun start vaxtı açıqlandı[/b]
08.07.2017 - 20:49
UEFA Avropa Liqasının II mərhələsində Lüksemburqun “Fola” komandası ilə qarşılaşacaq “İnter”in cavab oyununun da başlama saatı bəlli olub. Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın saytında məlumat yer alıb.
İyulun 20-də səfərdə oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasındakı ilk qarşılaşma iyulun 12-də Bakıda baş tutacaq. Matç saat 21:00-da başlayacaq.
0
0