[b]“İnter”in son sınağı dəqiqləşdi[/b]
17.06.2017 - 00:35
Türkiyədə təlim-məşq toplanışında olan “İnter” bu gün son hazırlıq matçını keçirəcək. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Rumıniyanın "Vitorul Konstanța" klubu ilə üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 18:00-dabaşlayacaq oyun Düzce Stadionunda baş tutacaq.
Qeyd edək ki, toplanış çərçivəsində artıq iki qarşılaşmada gücünü sınamış “İnter” ilk oyununda Kamerun klubu “Columbe Sportive”yə 1:0 hesabıyla qalib gəlib, ikinci oyununda isə digər təmsilçimiz “Zirə”yə 0:2 hesabı ilə məğlub olub.
0
0