[b]“İşimiz çətin olacaq” – Qara Qarayev[/b]
12.10.2015 - 22:16
[b]“İşimiz çətin olacaq” – Qara Qarayev[/b]

“Prosineçkinin rəhbərliyi altında oyunlarımızı yaxşı keçirmişik. Sabahkı görüş də bizim üçün vacibdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Qara Qarayev deyib.

 

Millimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sonuncu oyununu sabah Bolqarıstana qarşı keçirəcək. Bu görüşdən öncə keçirilən mətbuat konfransında Qarayev də iştirak edib.

 

O, bildirib ki, sabahkı oyun çətin keçəcək: “Rəqibimiz qrupun ən çətin komandalarındandı. Onlar da qrup mərhələsini qələbə ilə bitirmək istəyirlər. Düşünürəm ki, işimiz çətin olacaq. Çünki Bolqarıstan millisi evdə oynayacaq. Bundan əlavə, onların heyətlərində sürətli hücumçular var. Amma biz də Sofiyaya xal və ya xallar qazanmaq üçün gəlmişik”.

 

- Bu gün ad gününüzü necə qeyd edəcəksiz?

- Yəqin ki, axşam nəsə olacaq. Amma mən hazırda ad günü barədə düşünmürəm. Məşqdən sonra tort kəsəcəyik. Mənim üçün birinci işdi, sonra ad günü.

0