[b]“İspaniya açıq futbola imkan yaratsa...” - Elio Souza[/b]
20.05.2016 - 14:42
[b]“İspaniya açıq futbola imkan yaratsa...” - Elio Souza[/b]

“Finala çıxmaq üçün hər iki komanda böyük yol keçib, vacib rəqibləri məğlub edib”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Portuqaliya yığmasının baş məşqçisi Elio Souza deyib.

 

Bakıda təşkil edilən Avropa çempionatının favoriti hesab edilən portuqaliyalılar sabah finalda İspaniya millisi ilə qarşılaşacaqlar. Souza həlledici görüşü də qalib bitirməyi hədəflədiklərini vurğulayıb: “Hər iki komanda üçün maraqlı oyun olacaq. Azarkeşlər də stadiona gəlsələr, oyundan həzz alacaqlar”.

 

- Final matçının hansı stadionda keçirilməsini istərdiz?

- Mənim üçün Bakı Olimpiya Stadionu daha yaxşıdı. Amma “Bakcell Arena” da yaxşıdı. Azarkeş tutumu baxımından daha yığcam olduğu üçün 8-ci km stadionunda oynamaq yaxşı olacaq.

 

- Çempionlar Liqasının finalında İspaniya klubları mübarizə aparacaq. Avropa Liqasının da qalibi ispan təmsilçisidi. Bu statistika sizi qorxutmur?

- Hazırda İspaniya futbolu Avropada hegemonluq edir. “Sevilya” AL-i qazandı, finalda da Madrid derbisi olacaq. Amma bizim futbolumuz da onlardan geri qalmır. Güclü oyunçularımız var, yetişməkdədi. Klublarımız da Avropa arenasında yaxşı çıxış edir. Bu amil bizi qorxutmur, oyuna hazırlaşmışıq.

 

- Azərbaycan yığmasında futbolçu kasadlığı var. Maraqlıdı, siz neçə oyunçu arasında seçim aparmısız?

- Demək olar ki, hər il son “18-liy”i müəyyən etməkdə çətinlik çəkirik. Oyunçumuz çoxdu. Əlimizdə 30 oyunçu var idi. Onlardan ixtisarlar aparmalı olduq. Bunda da çox çətinlik çəkdik.

 

- Sabah ehtiyatlı, yoxsa baxımlı oyun göstərəcəksiz?

- Bütün matçlarda olduğu kimi, sabah da öz oyun fəlsəfəmizə sadiq qalacağıq. Amma rəqibin oyunundan da çox şey asılıdı. Rəqib açıq futbola imkan yaratsa, belə oynayacağıq. Yox, rəqib topla oynamağa üstünlük versə, o zaman geri çəkilib, əks-hücum futbolu göstərəcəyik.

 

Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək final görüşü saat 20:00-da start götürəcək.

 

 

0