Mövsümün sonunda “Karlsrue” klubunda göndəriləcək futbolçulardan böyük qisminin karyerasını harada davam etdirəcəyinə aydınlıq gəlib. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, yalnız millimizin üzvü Dmitri Nazarovun durumu fərqlidi.
Baş məşqçi postunda Markus Kauçzinskini əvəzləyəcək Tomas Oralın komandada görmək istəmədiyi Manuel Qulde karyerasını elə Almaniyada davam etdirəcək. Təcrübəli müdafiəçi Bundesliqaya yüksələn “Frayburq”un sıralarına qoşulacaq.
“Qara siyahı”ya düşən digər futbolçu – Conas Meffertlə yetirməsi olduğu “Bayer” klubu razılığa gəlib. 21 yaşlı yarımmüdafiəçi yenidən Leverkuzen təmsilçisinin uğurları üçün çalışacaq.
“Karlsrue”də icarə əsasında çıxış edən Məhəmməd Quaida da mövsümün sonunda komandadan ayrılacaq futbolçulardandı. Ancaq onun da işsiz günləri çox çəkməyəcək. Quaida transfer hüququ məxsus olan “Hamburq”a qayıdacaq. Göründüyü kimi, “Karlsrue”dən ayrılacaq 3 futbolçunun karyerasını I Bundesliqada davam etdirəcək.
Azərbaycan yığmasının formasını geyinən Dmitri Nazarovun isə “Karlsrue”dən ayrılacağı dəqiqləşsə də, hansı kluba üz tutacağına hələ aydınlıq gəlməyib.
26 yaşlı yarımmüdafiəçinin də Bundesliqa klublarının maraq dairəsində olduğu yazılsa da, onun yeni komandasının adı müəyyənləşməyib.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi