[b]“Kənardan durub, danışmaq asandı” – Conas Pessali[/b]
26.10.2016 - 00:27
[b]“Kənardan durub, danışmaq asandı” – Conas Pessali[/b]

“Neftçi”də ikinci oyununa çıxan yeni transferlərdən Conas Pessali oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Siz necə, məğlubiyyətlərin səbəbini müəyyənləşdirmisinizmi?

- İkinci yenilgimdi. İstəməzdim yeni komandamda bu hissləri yaşayım. Çalışmalıyıq vəziyyəti düzəldək. Çox işləməliyik ki, vəziyyətdən çıxa bilək.

 

- Bu matçın derbi olduğunu bilirdinizmi?

- Əlbəttə, oyunun əhəmiyyətini bilirdim. Həm məşqçilərimiz, həm də oyunçularımız bu haqda

məlumat verib. İstərdim, derbinin qalibi olaq, amma yenildik və buna görə də üzülürük.

 

- Xəyalınızda canlandırdığınız “Neftçi”dimi bu komanda?

- Gəlməmişdən əvvəl komandanın tarixi, uğurları haqda maraqlanmışdıq. Hazırkı durumunu da bilirdim. Bura kömək etmək üçün gəlmişəm. Amma hələ ki, nəticə verə bilmirik.

 

- Komanda yoldaşınız Katalin Tina azarkeşə yumruq atdı. Siz necə, onun yerində olsaydınız həmin hərkəti edərdiniz?

- Kənardan durub, danışmaq asandı. Məsələn, indi deyərəm ki, bunu heç vaxt etmərəm, çalışaram uzaq olum. Amma həmin vaxt emosialar fərqli olur.

 

- Azarkeşə qarşı bu cür hərəkət edən futbolçuya peşəkar demək olar? Bu sualla sizə onun əleyhinə qaldırmırıq, sadəcə fikrinizi bilmək istəyirik…

- Bu suala cavab verə bilməyəcəm. Çətinlik çəkirəm. Çəmi 2 həftə əvvəl gəlmişəm bura. Hələ ab-havaya uyğunlaşa bilməmişəm. Bu suala əvvəldən burda oynayan futbolçular cavab verə bilər.

 

- Növbəti turda lider “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu rəqib haqda nə bilirsiniz?

- Hər bir oyun bizim üçün vacibdi. Vəziyyətimiz elədi ki, hər oyuna final matçı kimi çıxırıq. Sabahdan baş məşqçimiz bizə lazımi tapşırıqlar verəcək, necə etməli olduğumuzu deyəcək.

0