[b]“Kəpəz” - “Daçiya” matçının başlama saatı dəqiqləşdi[/b]
22.06.2016 - 12:00
“Kəpəz”in Avropa Liqasının I təsnifat mərhələsində “Daçiya” ilə keçirəcəyi ilk oyunun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, görüşün başlama saatında dəyişiklik edilib.
İyunun 28-də “Dalğa Arena”da baş tutacaq görüşün əvvəlcə saat 18:00-da startı gözlənilirdi. Lakin Gəncə klubunun təklifindən sonra UEFA oyunun saat 20:00-da başlamasını qərara alıb.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 7-də Moldovada keçiriləcək.
0
0