[b]“Kəpəz” “5”ə çatdı[/b]
04.02.2017 - 15:59
“Kəpəz”in səfər oyunlarındakı xal həsrəti 5-ə çatıb. Apasport.az saytının məlumatına görə, Şahin Diniyevin yetirmələri ardıcıl 5 oyundu rəqib meydanında xal qazana bilmir.
Qərblilər Premyer Liqanın XV turunun “Zirə” ilə görüşündə 0:1 hesabı ilə uduzaraq, belə uğursuzluğu davam etdirib. Bunadək isə “Kəpəz” ötən ilin sonunda “Zirə”yə 0:2, “Qarabağ”a 0:1, “Qəbələ”yə 1:2, bu il isə “İnter”ə 1:4 hesabı ilə uduzmuşdu.
Diniyevin yetirmələri son səfər xalını ötən il oktyabrın 18-də qazanıb. Həmin gün “Kəpəz” səfərdə AZAL-a qalib gəlib – 1:0.
-ansi-language:AZ-LATIN'>Zaur Svanadze
0
0