“Kəpəz”in Avropa Liqasının I təsnifat mərhələsində “Daçiya” ilə keçirəcəyi ilk oyunun vaxtı dəyişib. Apasport.az saytı xəbər verir ki, Bakıdakı qarşılaşma öncədən müəyyən edildiyi vaxtda, yəni iyunun 30-da keçirilməyəcək.
Bu barədə məlumatı “Daçiya” klubu rəsmi saytı vasitəsilə yayıb. Belə ki, UEFA görüşün iyunun 28-də oynanılmasını qərara alıb. Xəbərdə qitə futbol qurumunun bununla bağlı Moldova təmsilçisinə rəsmi məlumat göndərdiyi yazılıb. Dəyişikliyə səbəb “Qəbələ”nin də iyunun 30-da Bakıda I mərhələ matçına çıxmasıdı.
“Dalğa Arena”da keçiriləcək “Kəpəz” – “Daçiya” oyunu Avropa vaxtıyla saat 18:00-dək başlamalıdı.