[b]“Kəpəz” – “Qarabağ” matçının saatı dəyişdi[/b]
10.02.2017 - 09:30
Azərbaycan Premyer Liqasında bir matçın saatı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, XVIII turun “Kəpəz” – “Qarabağ” qarşılaşması öncədən planlaşdırıldığı vaxtda start götürməyəcək.
Fevralın 12-də Gəncə şəhər stadionunda keçiriləcək görüşün 13:30-da startı nəzərdə tutulmuşdusa, qərara əsasən oyun bir saat sonra, yəni 14:30-da başlayacaq.
Qeyd edək ki, 17 turdan sonra “Qarabağ” 1-ci, “Kəpəz” isə 6-cı pillədə qərarlaşır.
0
0