[b]“Kəpəz” səfər sınağından 5 aldı[/b]
05.03.2016 - 18:41
[b]“Kəpəz” səfər sınağından 5 aldı[/b]

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXIV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son matçında “Kəpəz” “Rəvan”a qonaq olub.

 

Qarşılaşma gəncəlilərin 5:0 hesablı darmadağını ilə başa çatıb.
 

Əvəzedicilərin yarışı

XXIV tur


“Rəvan” - “Kəpəz” -  0:5
Qollar: İsmayıl Aslanov, 2; Orxan Əliyev, 25; Əli Səmədov, 29; Zahid Sadıqov, 80; Şikar Abbasov, 83