[b]“Kəpəz” sindromda[/b]
10.02.2017 - 10:35
[b]“Kəpəz” sindromda[/b]

Gəncənin “Kəpəz” klubu uğursuzluq zolağına düşüb. Apasport.az saytının məlumatına görə, Şahin Diniyevin yetirmələri ardıcıl məğlubiyyətlərinin sayını 4-ə çatdırıb.

 

Azərbaycan Premyer Liqasının XVII turunda “Sumqayıt”a 1:3 hesabı ilə uduzan gəncəlilər bunadək də 3 görüşdə uduzublar. “Kəpəz” son uğurunu ötən il noyabrın 27-də qeyd edib.

 

Öz meydanında “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən qərblilər son 76 gündü xal üzünə həsrətdi. Bu müddətdə yalnız səfərdə oynayan komanda “Qəbələ” (1:2), “İnter” (1:4), “Zirə” (0:1) və “Sumqayıt” (1:3) qarşısında aciz qalıb.