[b]“Kəpəz”də 3 yeni futbolçu[/b]
05.07.2017 - 12:12
[b]“Kəpəz”də 3 yeni futbolçu[/b]

“Kəpəz”in əvəzedici heyətinin 3 üzvü əsas komandaya dəvət alıb. Apasport.az klubun saytına istinadən məlumat verir ki, yarımmüdafiəçilər Yusif Cəfərov, Əli Səmədov və hücumçu Fərid Məmmədov məşqçilər korpusunun etimadını qazanıb.

 

Adı çəkilənlər daimi əsas komandanın tərkibində yer alacaqlar. Beləliklə də onlar qarşıdakı mövsüm üçün əsas komandanın tam hüquqlu üzvü olacaqlar.

 

Bu arada “Kəpəz”in Bakıda keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunlarının vaxtında da dəyişiklik edilib. “Sarı-göylər”in iyulun 8-də saat 17:00-da “Bakı”, iyulun 12-də isə “Neftçi” ilə qarşılaşacağı bildirilsə də, hər iki görüş nəzərdə tutulan zamanda olmayacaq. Belə ki, həvəskar liqasının iştirakçısı ilə oyun eyni tarixdə amma saat 18:00-da başlayacaq. Premyer Liqa təmsilçisi ilə matç isə bir gün əvvələ keçirilib. “Neftçi” – “Kəpəz” görüşü iyulun 11-də saat 18:00-a təyin olunub. Oyun İsmət Qayıbov adına stadionda baş tutacaq. 

 

Qeyd edək ki, ötən çempionat ərzində hər 3 futbolçu ara-sıra əsas komandaya cəlb olunaraq adları oyunlar üçün iştirak ərizəsinə salınıb. Yay və qış toplanışı müddətində kollektivin tərkibində olub.