[b]“Kəpəz” Turalları yolladı[/b]
04.05.2017 - 20:30
“Kəpəz”də ayrılıqlar davam edir. Apasport.az saytının məlumatına görə, gəncəlilərin daha 4 futbolçusu komandanı tərk edib.
Belə ki, Tural Qürbətov, Tural Nərimanov, Nicat Qurbanov və Eyyub Əliyev karyeralarını başqa yerdə davam etdirəcəklər.
Mövsümün əvvəlində heyətində 4 nəfər Tural adlı oyunçu (Axundov, Qürbətov, Rzayev, Nərimanov) olan Gəncə təmsilçisi beləliklə, hələlik onlardan sadəcə birini - Rzayevi heyətdə saxlaya bilib.
Qeyd edək ki, daha əvvəl Dario Federiko və kapitan Tural Axundov da “sarı-göylər”lə yollarını ayırmışdı.
0
0