Gəncənin “Kəpəz” klubu Azərbaycan çempionatları tarixində 50-ci ev məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, bu, Topaz Premyer Liqasının XXXIV turunun “Neftçi” ilə matçına təsadüf edib.
Gəncədə 2:1 hesablı əzmkar qələbə qazanan paytaxt təmsilçisi qərblilərin doğma azarkeşlər önündə keçirdiyi 251-ci qarşılaşmada 50-ci dəfə xalsız qalmasına səbəb olub. İndiyədək öz meydanında keçirdiyi matçlarda 165 qələbə qazanıb, 36 heç-heçə edən “Kəpəz” 572 qol vurub, 215-ni buraxıb.
“Neftçi” və “Qarabağ” Gəncədə hamıdan çox – hərəyə 7 qələbə qazanıb. “Bakı” 6, “Xəzər Lənkəran” 5, “İnter”, “Turan”, AZAL hərəyə 4, “Şəmkir” 3, “Simurq” 2 dəfə “Kəpəz”in meydanında qalib gələ bilib. Digər 8 komanda isə hərəyə 1 dəfə bunu bacarıb.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi