[b]“Kəpəz”dən qolsuz vida[/b]
24.07.2017 - 21:18
[b]“Kəpəz”dən qolsuz vida[/b]

Növbəti mövsümə hazırlığı Ərzurumda davam etdirən “Kəpəz” bu gün son yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Gəncə klubu Türkiyənin 1-ci Liqa təmsilçisi “Elazığspor”la qarşılaşıb.

 

Hər iki komandanın səylərinə baxmayaraq görüş qolsuz heç-heçə ilə nəticələnib – 0:0.

 

Qeyd edək ki, Şahin Diniyevin çalışdırdığı kollektiv Ərzurumdakı hazırlıq prosesi çərçivəsində keçirdiyi ilk iki oyunda "Samsunspor"a (1:2) və "Ankaragücü"nə (0:2) uduzmuşdu.