[b]“Kəpəz”dən yubilyara hədiyyə[/b]
28.02.2017 - 15:05
Gəncənin “Kəpəz” klubu qapıçılarla işləyən məşqçisi Nadir Şükürovun yubileyinə biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının XX turunun “Qəbələ” ilə ev oyunundan öncə futbol veteranının 50 illiyi qeyd edilib.
Hakimin start fitindən öncə ona xatirə hədiyyəsi və Azərbaycan millisinin 50 nömrəli futbolkası verilib. Şükürova hədiyyəni “Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu təqdim edib.
Qeyd edək ki, vaxtilə “Kəpəz”, “Dinamo”, “Qarabağ”, “MKT-Araz”, “Qəbələ” və “Karvan”da oynamış Şükürov Azərbaycan millisində 3 matç keçirib.
0
0