[b]“Kəpəz”in 600-cü üzüntüsü[/b]
10.02.2017 - 18:45
“Kəpəz” səfər oyunlarında 600-cü qolu buraxıb. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi 1992-ci ildən keçirilən ölkə çempionatlarında rəqib meydanında yubiley qoluna üzülüb.
Qərblilər bununla Azərbaycan Premyer Liqasının XVII turunun “Sumqayıt”la görüşündə üzləşib. Sergey Çernışevin matçda vurduğu ilk top “Kəpəz”i məyus edən 600-cü qol kimi tarixə düşüb.
Qeyd edək ki, 1:3 hesabı ilə uduzan gəncəlilərin səfərdə buraxdığı qolların sayı 602-yə çatıb.
0
0