[b]“Kəpəz”in gücü “həvəskar”a çatdı[/b]
09.07.2017 - 00:09
[b]“Kəpəz”in gücü “həvəskar”a çatdı[/b]

Premyer Liqanın növbəti mövsümünə hazırlaşan “Kəpəz” Bakıdakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Şahin Diniyevin çalışdırdığı Gəncə təmsilçisi bu gün həvəskarlar liqasında mübarizə aparan “Bakı” ilə qarşılaşıb.

 

Görüş gəncəlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, "Kəpəz" növbəti yoxlama matçını “Neftçi”yə qarşı keçirəcək. Matç iyulun 11-də saat 18:00-a təyin olunub. Oyun İsmət Qayıbov adına stadionda baş tutacaq.