[b]“Kəpəz”in litvalı legionerinin vəziyyətinə aydınlıq gəldi[/b]
03.03.2016 - 18:50
[b]“Kəpəz”in litvalı legionerinin vəziyyətinə aydınlıq gəldi[/b]

İki gün öncə zəhərlənən “Kəpəz”in qapıçısı Tadas Simaitisin səhhəti yaxşılaşıb. Apasport.az saytının məlumatına görə, litvalı qolkiper komandasının bugünkü məşqində iştirak edib.

 

Vəziyyəti düzələn Simaitis Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “Rəvan”la keçiriləcək matçda komandasına kömək edə biləcək. Məlumatı əməkdaşımızla söhbətində “Kəpəz”in baş məşqçisi Şahin Diniyev də təsdiqləyib.

 

“Kəpəz”in digər futbolçusu, braziliyalı yarımmüdafiəçi Juninyo isə zədəsini sağaldaraq, sıraya dönüb. Bu gün də fərdi qaydada çalışan “sambaçı” sabahdan etibarən kollektivlə məşqlərə qatılacaq. Bununla belə, məşqçilər korpusunun zədədən yenidən qayıdan futbolçunu riskə atmamaq üçün “Rəvan”la matçda onu ehtiyatda saxlayacağı istisna olunmur.  

 

Qeyd edək ki, “Rəvan” – “Kəpəz” qarşılaşması martın 6-da baş tutacaq.