[b]“Kəpəz”in rəqibi bəlli oldu[/b]
16.06.2016 - 20:06
“Kəpəz” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda iyunun 11-dən etibarən Ərzurumda hazırlaşır.
Toplanış müddətində gəncəlilər bir neçə yoxlama oyunu planlaşdırıb. Şahin Diniyevin yetirmələrinin rəqiblərindən birinin adı artıq bəlli olub.
“Kəpəz” Türkiyə Futbol Federasiyası Bölgə Karmalar (seçmə) komandası ilə qarşılaşacaq. Bu komanda müxtəlif yaş qrupları üzrə millilərə namizəd gənc futbolçulardan təşkil olunub.
Yoxlama matçı iyunun 18-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
(klub saytı)
0
0