[b]“Kəpəz”in rəqibindən məğlubiyyət[/b]
22.06.2016 - 09:51
[b]“Kəpəz”in rəqibindən məğlubiyyət[/b]

Avropa Liqasının I təsnifat mərhələsində “Kəpəz”lə üz-üzə gələcək Moldovanın “Daçiya” klubu yoxlama görüşündə qüvvəsini sınayıb. Apasport.az saytı xəbər verir ki, “Zarya” ilə qarşılaşan Gəncə təmsilçisinin rəqibi məğlubiyyətə uğrayıb.

 

Belə ki, qarşılaşma “Zarya”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Daçiya” ilk hissədə hesabda geri düşməsinə baxmayaraq, yeni transferi Denis Kojanovun qolu sayəsində tarazlığı bərpa edib. Lakin sonrakı dəqiqələrdə “Zarya” daha bir qol vuraraq, matçdan qalib ayrılmağı bacarıb.

 

Qeyd edək ki, “Daçiya” növbəti yoxlama görüşünü iyunun 23-də Rusiyanın “Kuban” klubuna qarşı keçirəcək.