[b]“Legiya” “Mançester Yunayted”i kölgədə qoydu[/b]
23.11.2016 - 10:41
[b]“Legiya”  “Mançester Yunayted”i kölgədə qoydu[/b]

Polşanın “Legiya” klubu Çempionlar Liqası tarixində yeni rekorda sahib çıxıb. Apasport.az saytının məlumatına görə, Varşava təmsilçisi qrupdakı oyunları ən məhsuldar keçən komanda ünvanına yiyələnib.

 

Belə ki, polşalıların qrupda keçirdiyi 5 matçda azarkeşlər 32 qol görüb. 8 top vurub, 24-nü buraxan “Legiya” son turun “Sportinq”lə qarşılaşmasında rekordu yeniləmək imkanına da malikdi.

 

Bunadək Çempionlar Liqasının qrupunda oyunları daha məhsuldar keçən komanda “Mançester Yunayted” idi. 1998/99 mövsümündə İngiltərə klubunun qrup matçlarında 31 qol vurulmuşdu. Lakin “Legiya”dan fərqli, mançesterlilər müsbət balansa malik olub – 20:11.

 

“Legiya” həm də antirekorda şərik olub. Polşalılar qrupda ən çox qol buraxan BATE-nin 2014/15 mövsümündəki göstəricisini təkrarlayıb. 24 top buraxan “Legiya” son turda qapısında qol görsə, mütləq antirekorda yiyələnəcək.

 

Qeyd edək ki, bu göstəricilərə V turun “Borussiya” ilə Dortmunddakı matçı səbəb olub. Almaniyalıların 8:4 hesabı ilə qalib gəldiyi matç Çempionlar Liqası tarixinin ən məhsuldar matçı olub. Bunadək rekord 2003-cü ildə keçirilən “Monako” (Fransa) – “Deportivo” (İspaniya) matçına məxsus idi.

 

11 qolun vurulduğu həmin oyunda Fransa təmsilçisi qalib gəlmişdi – 8:3. “Borussiya” həm də 16 dəqiqəyə 5 qol vurması ilə də turnirin mütləq rekorduna yiyələnib.