[b]“Lester” Ranyeriyə əvəzləyici tapdı[/b]
26.02.2017 - 00:53
[b]“Lester” Ranyeriyə əvəzləyici tapdı[/b]

Hollandiyalı baş məşqçi Quus Hiddink karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə “The Telegraph” nəşri xəbər yayıb.

 

Bildirilib ki, Hiddink bir neçə gün öncə “Lester”dən ayrılan Klaudio Ranyerini əvəzləyəcək.

 

Artıq 70 yaşlı hollandiyalı ilə danışıqların ilk mərhələsi uğurla başa çatıb. Rəsmi müqavilə yaxın zamanda imzalanacaq.

 

İngilislər ilk olaraq mövsümün sonuna kimi anlaşmaq, Premyer Liqada qalsa, müqavilə müddətini uzatmaq istəyirlər.

 

Qeyd edək ki, İPL-də 25 oyundan sonra 21 xal toplayan “tülkülər” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Çempionlar Liqasında isə 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Sevilya”ya 2:1 uduzan komanda tur şanslarını saxlayır.