[b]“Lill” – “Qəbələ” matçı canlı yayımlanacaq[/b]
                    
                    27.07.2016 - 12:39
                        
                    Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Lill” – “Qəbələ” matçı televiziya vasitəsilə canlı yayımlanacaq. Apasport.az saytı xəbər verir ki, futbolsevərlər sabah Fransada keçiriləcək görüşü “CBC Sport” kanalı vasitəsilə izləyə biləcəklər.
Qeyd edək ki, “Lill” – “Qəbələ” qarşılaşması Bakı vaxtı ilə 21:00-da start götürəcək.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                             
                                             
                                            