[b]“Lill” Antonettini istefaya göndərdi[/b]
23.11.2016 - 12:29
Fransanın “Lill” klubu baş məşqçi Frederik Antonetti ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, rəhbərlik 55 yaşlı çalışdırıcı ilə əməkdaşlığa son qoymağa qərar verib.
Buna səbəb kimi cari mövsümdə qeydə alınan uğursuz nəticələr göstərilib.
Antonettinin istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi postunu müvəqqəti olaraq Patrik Kollo icra edəcək.
Qeyd edək ki, Fransa çempionatında 13 oyundan cəmi 3-də qələbə qazanan “Lill” hazırda 19-cu pillədə qərarlaşıb.
0
0