[b]“Liverpul”un futbolçusu yeni müqaviləyə razılaşdı[/b]
10.02.2017 - 16:54
[b]“Liverpul”un futbolçusu yeni müqaviləyə razılaşdı[/b]

“Liverpul”un futbolçusu Adam Lallana klub rəhbərliyinin yeni müqavilə təklifini qəbul edib. Apasport.az saytı “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi yaxın müddətdə “mersisaydlılar”la sözləşməsinin müddətini uzadacaq.

 

Yeni anlaşmanın müddəti 2021-ci ilə qədər nəzərdə tutulacaq və Lallana “Liverpul”da həftəyə 150 min funt-sterlinq məvacib alacaq.

 

Qeyd edək ki, İngiltərə yığmasının da şərəfini qoruyan Lallana 2014-cü ildən “Liverpul”un futbolçusudu.