“Malaqa” ilə “Real” arasında La Liqanın son turunda keçiriləcək oyunla bağlı söz-söhbətlər səngimək bilmir. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, iki klub arasında imzalanan müqavilə üzə çıxıb.
Belə ki, 2013-cü ildə İskonu 27 milyon avro müqabilində “Real”a satan “Malaqa” müqaviləyə belə bir bənd əlavə etdirmişdi: qarşıdakı 5 il ərzində “Real” hər çempionluğa görə, kluba 1 milyon avro ödəməlidi.
Sona 3 tur qalmış “Barselona” ilə eyni sayda xala malik olan madridlilərin ehtiyatında bir oyun da var. Yəni son tura qədər gərginlik davam etsə, çempionluğun taleyinə “Malaqa” – “Real” görüşündə aydınlıq gələcək. Maraqlıdı ki, “Malaqa” həmin qarşılaşmada qalib gəlib və ya heç-heçə edib “Real”ın çempionluğuna mane olmasa, o zaman 1 milyon avro qazanc götürəcək. Bu isə İspaniyada böyük söz-söhbətə səbəb olub.
Qeyd edək ki, “Malaqa”nın sahibi Abdullah Al Tani bir neçə gün əvvəl “Barselona”nın çempion ola bilməyəcəyini söyləməklə diqqət çəkmişdi.