“Mançester Siti” hücumçusu Serxio Aqueronu mövsümün sonunda satmağa hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “şəhərlilər” hətta ona əvəzləyici də tapıblar.
Belə ki, “Real”, “Barselona” və PSJ-nin maraq dairəsində olan argentinalı satılacağı təqdirdə, Premyer Liqa təmsilçisi Dortmund “Borussiya”sının hücumçusu Pyerr-Emerik Obameyanqı transfer etməyə çalışacaq. İngilislər bu istəklərini artıq həm Obameyanqın özünə, həm də klubuna çatdırıblar.
Qeyd edək ki, Pyerr-Emerik Obameyanq bir müddət öncə mövsümün sonunda “Borussiya”nı tərk edəcəyini və “Real”da çıxış etmək istədiyini bildirmişdi.