[b]“Mançester Siti” Hartın transfer qiymətini açıqladı[/b]
08.09.2016 - 13:15
İngiltərə yığmasının qapıçısı Co Hartın “Mançester Siti” ilə yolları birdəfəlik ayrıla bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər” “Torino”ya icarəyə verdikləri qolkiperi satmağa qərar veriblər.
Mançesterlilərin yeni baş məşqçisi Xosep Qvardiolanın bəyənmədiyi Hartı almaq istəyəcək klub 9 milyon funt-sterlinqindən keçməli olacaq. Premyer Liqa klubu bu məbləğ qarşısında 29 yaşlı çərçivə qoruyucusunu satmağa razıdı.
Qeyd edək ki, Hartın “Mançester Siti” ilə müqaviləsinin müddəti 2019-cu ilə qədər nəzərdə tutulub.
0
0