[b]“Mançester Siti” rəsmisi: “Real”dan qorxmuruq[/b]
15.04.2016 - 14:35
[b]“Mançester Siti” rəsmisi: “Real”dan qorxmuruq[/b]

“Yarımfinalda “Real”la düşməyimiz möhtəşəm oldu. Çempionlar Liqası kubokunu ən çox qazanmış komanda ilə mübarizə aparmalı olacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Mançester Siti”nin idman direktoru Çiki Beqiristayn deyib.

 

Bu gün keçirilən püşkatmadan sonra “Mançester Siti”nin ÇL-in yarımfinalında Madrid “Real”ı ilə üz-üzə gələcəyi məlum olub.

 

Püşkü dəyərləndirən Beqiristayn rəqibdən qorxmadıqlarını bildirib: “Real” ən yaxşıların sırasındadı. Ancaq biz onlardan qorxmuruq və daha da irəliləmək fikrindəyik. Odu ki, arzumuza çatmaq üçün önə baxmaq lazımdı”.

 

Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun Mançesterdə, cavab qarşılaşması isə Madriddə baş tutacaq.