“Mançester Siti” növbəti transferini həyata keçirib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, “Everton”un müdafiəçisi Con Stounz karyerasını “şəhərlilər”də davam etdirəcək.
Qitə futbol qurumu ingilis klubunun Çempionlar Liqasının pley-off mərhələsi üçün onlara göndərdiyi sifariş ərizəsini rəsmi saytına yerləşdirib. Maraqlıdı ki, heyətdə 24 nömrəli futbolçu kimi məhz İngiltərə millisinin üzvü göstərilib.
Halbuki “Mançester Siti” bu keçidi hələ rəsmən açıqlamayıb. 22 yaşlı müdafiəçinin Pep Qvardilanın rəhbərlik etdiyi Mançester klubuna 50 milyon avroya başa gəldiyi bildirilir.
Qeyd edək ki, Con Stounz “Everton”a 2013-cü ildə “Bernli”dən keçmişdi.
- “Sabah”ın rəqibi baş məşqçisi ilə müqaviləni yenilədi
- PSJ “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir
- "Sabah" - "Slaviya" və "Qalatasaray" - "Barselona" matçları bu kanallarda - TV AFİŞA
- “Samsunspor” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ
- “Arsenal” üç futbolçusu ilə müqaviləni yeniləyəcək