“Mançester Yunayted” qış və yay fasiləsində transfer edəcəyi futbolçuların siyahısını müəyyənləşdirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “mankunianlar” 4 oyunçunu heyətə qatmağı planlaşdırırlar.
Baş məşqçi Joze Mourinyonun tələbi ilə qış fasiləsində “Benfika”nın müdafiəçisi Viktor Lindelef transfer ediləcək. Bu keçid üçün 45 milyon avro ayrılıb. Yayda isə “Atletiko”nun hücumçusu Antuan Qrizmann, “Benfika”nın digər müdafiəçisi Nelson Semedu və “Monako”nun yarımmüdafiəçisi Temue Bakayoko ilə danışıqlar aparılacaq.
Ada təmsilçisi Qrizmannı 99, Semedunu 30, Bakayokonu isə 41 milyon avroya transfer etməyi planlaşdırır. “Qırmızı şeytanlar” adıçəkilən futbolçuları bu məbləğə ala bilsə, 4 transfer üçün ümumilikdə 215 milyon avro xərcləyəcək.